ABŞ-da terror: Biri polis olmaqla 10 nəfər öldürülüb


ABŞ-da supermarketlərin birinə silahlı hücum olub. “Sherg.az” “Haberglobal”a istinadən xəbər verir ki, hadisə Kolorado ştatında baş verib. Terror aktı nəticəsində biri polis olmaqla 10 nəfər öldürülüb.

​ Ətrafdakı insanlar hadisəni çəkərək sosial şəbəkələrdə paylaşıblar.

​ Rəsmilərin sözlərinə görə, bu, ​ son bir həftədə ölkədə yeddinci terror aktıdır.