Gələcəkdən xəbər verən məktub: İnsanlar normal qida ilə deyil, saqqız çeynəyərək doyacaq


Gələcəyi görmək və təxmin etmək bir çoxlarımızın marağına səbəb olur. İnsanların əksəriyyəti gələcəyi öyrənmək istəyir və ona aid fikirlər yürüdür. Bunu bacaran insanlara da maraq göstərməyimizin səbəbi gələcəyə aid hər hansı bir məlumata ehtiyacımızın olmasıdır.
 
Sherg.az xəbər verir ki, İngiltərədə mebel istehsalçısı köhnə bir divanın içində  qədimdən qalan peyğəmbərlik məktubu tapıb. Məktubun içində yazılanlar 11 yaşında bir qıza aiddir. Qızın yazdığı məktubda gələcəyə aid təxminlər olduqca maraqlı və qəribədir. Bəs bu məktub bizi qorxutmalıdırmı?


Bu qız 1969-cu ildə ev tapşırığı olaraq 1980-ci illərə aid bəzi təxminlər yazıb. Onun yazdıqları  arasında daha böyük ekranlı telefon və televizorların olacağı, televizorların uzaqdan da idarə edilə biləcəyi kimi fikirlər yer alıb. Bununla yanaşı balaca qız gələcəkdə insanların normal qida ilə deyil, saqqız çeynəyərək doyacağını da qeyd edib. 
Bu fikirlərin bir çoxu texnologiyanın inkişafı nəticəsində reallığa çevrilib. Lakin saqqız məsələsi hələ də müəmmalı qalıb. Əgər bir müddət sonra insanlar sadəcə saqqızla qidalanaraq doyarsa, 11 yaşında balaca qızın ev tapşırığında yazdığı bütüm məlumatlar gerçək olacaq.