Dünyada bir ilk yaşandı: Zəkasından yararlanıb milyonlar qazandı

Son məlumatlara görə NFT bütün dünyada sürətlə yayılır. Milyon dollarlıq satışla gündəmə gələn NFT trendində bir ilk yaşanıb. Bütün detalları aşağıda oxuya bilərsiniz.



NFT(Non-Fungible-Tokens) son vaxtlarda manşetə çıxan rəqəmsal sənətin, rəsmlərin və musiqi kimi digər fikirlərin onlayn satılması kimi tanınır. Nəhayət bunun sayəsində dünyanın ilk rəqəmsal evi də satışa çıxarılıb.



İlk rəqəmsal NFT evi  sayılan "MARS HOUSE" 515.000 dollara satılıb. Evin yeni sahibi virtual mülk üçün  rəqəmsal sənətkar Krista Kimə 288 Ethereum( təxminən 515 min dollar) kriptovalyuta ödəyib. 

Bu məbləğ qarşılığında o,  "Metaverse" platformasına yüklənmək üzrə 3D sənədlər alacaq. Krista Kimin sözlərinə "Metaverse" rəqəmsal evlərin alınıb-satıldığı virtual bir məkandır. Sənətkar evi inşa edərkən karantindən ilhamlandığını deyib. Özünü texnologiya sənətçisi adlandıran Kim CNN-ə bildirib ki, "Mars House" yeni nəsil NFT-ləri təmsil edir.