Hörümçək sürüsü ölkəni viran qoydu: 10 dəqiqəyə öldürür

 Payız fəslini yaşayan Avstraliyada adanın şərqindəki son 50 ilin ən dəhşətli sel fəlakəti, qorxu filmlərinə bənzəyən səhnələr dünyanı dəhşətə gətirdi. Cənubi Uels və Kvinslend əyalətlərində günlərlə davam edən güclü yağışın səbəb olduğu daşqınlar evləri viran qoydu, təsərrüfatları dağıdıb və müqəddəs dağda Marsa bənzər görüntülər ortaya çıxarıb.

Sherg.az xarici media istinadən xəbər verir ki, beynəlxalq xəbər agentliyi "Reuters", evlərini tərk etmək məcburiyyətində qalanların sayının 40 mini  keçdiyini və Sidneyin qərb bölgələri üçün yeni evakuasiya əmrlərinin verildiyini bildirir.



Yeni Cənubi Uels Baş naziri Gladys Berejiklian bəzi yerlərdə  100 illik fəlakətin yaşandığını, böyük anbarların daşması və çayların artması ilə suyun səviyyəsinin artacağını gözlədiklərini açıqlayıb.
Daşqının vurduğu ziyanın 193 milyon dollar olduğu təxmin edilir. Səlahiyyətli şəxslər qida və digər təcili yardım materiallarını yolların daşqın sularından itirildiyi ərazilərə göndərirlər.



 Hidrometeorologiya departamenti güclü yağışın çərşənbə günündən etibarən cənub - şərqdəki Tasmaniya adasına irəliləyəcəyini və bölgədə daşqınların olacağını açıqladı.

Dünyanın ən zəhərli hörümçəkləri daşqın suları olan evləri basıb və sosial mediada paylaşılan görüntülərdə divarlarda minlərlə hörümçək olduğu görünür. 

Bu hörümçəklərin dişlədiyi insanlar 10 dəqiqə ərzində ölə bilər.  Bununla yanaşı fəlakət səbəbilə yüzlərlə ilan evlərdə gizlənib .