"Ermənistan əldən çıxsa, Rusiya artıq sərhədlərində ABŞ hərbiçilərini görəcək" - Ekspert

"Rusiya qazının Azərbaycan üzərindən müvəqqəti olaraq Ermənistana verilməsi Ermənistanda təbii qarşılanmır". 

Bu sözləri "Sherg.az" açıqlamasında siyasi-şərhçi Rauf Qarayev deyib. Onun sözlərinə görə, buna səbəb ermənilərin Azərbaycandan asıllığın olmasıdır:

"Ermənistan cəmiyyəti çaşqınlıq içindədir. Artıq onların dövlət kimi regionda qalması belə sual altındadır. Rusiya başa düşür ki, indiki halda Azərbaycana daha çox geniş arena vermək lazımdır ki, ermənilər Avropaya, ABŞ-a doğru inteqrasiya etməsinlər. Gürcüstan artıq nəzarətdən 90 faiz çıxıb. Növbəti Ermənistandır. O da çıxsa, Rusiya artıq sərhədlərində ABŞ hərbiçilərini görəcəklər. Bu isə onlar üçün xoş deyil. Bu baxımdan Qafqazda ən düzgün siyasət aparan ölkə Azərbaycandır. Azərbaycanla isə hesablaşmaq lazımdır".