Deputat maşınında ölü tapıldı - Sui-qəsd, yoxsa...?

Rusiya Beslan Şəhər Dumasının deputatı Tamerlan Torçinov şəxsi maşınında tapılıb. Avtomobilə baxış zamanı qan izləri və boğulma əlamətləri aşkarlanıb. “Sherg.az” “Rambler.ru”ya istinadən xəbər verir ki, 64 yaşlı millət vəkili martın 22-dən etibarən itkin düşmüşdü. Ondan xəbər yox idi.
“15-ci bölgə” qəzeti Torçinovun qətlində şübhəli bilinənlərin saxnanıldığına dair məlumat yayıb. İstintaq hələ davam edir. Jurnalistlərin yazdığına görə, o, Beslanda hörmətli şəxs kimi tanınıb.