Sənəd imzalandı: Krımın "işğaldan azad edilməsi" strategiyası... - Silahlar "danışacaq"

Ukrayna prezidenti Vladimir Zelenski ölkəsinin ərazi bütövlüyünə dair yeni fərman imzalayıb.
Bu barədə “Sherg.az” “RİA novosti”yə istinadən xəbər verir. Bildirilir ki, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının Krımın "işğaldan azad edilməsi" strategiyasına dair qərarı qüvvəyə minib. Sənəd Ukraynanın ərazi bütövlüyünün bərpa olunması, o cümlədən Krımın işğaldan azad edilməsi üçün diplomatik, hərbi, iqtisadi, informasiya, humanitar və digər tədbirləri müəyyənləşdirir. 

Həmçinin sənədin Ukraynanın ərazi bütövlüyünün bərpa olunması istiqamətindəki işlərin ardıcıl və qətiyyətliliyi barədə dünya ictimaiyyətinə verilən mesaj olduğu vurğulanıb.

Qeyd edək ki, bu günlərdə Rusiya Federasiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova Ukraynanın Krımı geri qaytarmaqla bağlı atdığı addımların qanunsuz olduğunu bildirmiş və bunu Rusiyanın ərazi subyektlərinə qarşı təcavüz kimi qiymətləndirmişdi.