Aybəniz Haşımova ilə Aynişan Maldivdə belə dincəlirlər - Cazibədar FOTOLAR

Əməkdar artist Aybəniz Haşımova və bloqer qızı Aynişan Quliyevanın Maldiv adalarındakı lüks istirahətləri davam edir. Onlar tətildən görüntüləri anbaan İnstaqram səhifələrində paylaşırlar. Aynişanın izləyiciləri onun tətil "story"lərini, paylaşımlarını maraqla izləyib, fikir bildirirlər. 
"Sherg.az" xəbər verir ki, onun bir izləyicisi isə dostuna yazdığı mesajı, bilmədən Aynişanın özünə göndərib. O, bloger haqqında "İndi də Maldivə gedib, çıxdı" deyə rəy yazıb. Aynişan isə bunu "story" bölməsində paylaşıb.