Mətanət sevgilisindən danışdı: "...İstəyirəm məni zorla qaçırsın"

Müğənni Mətanət Əsədova ARB TV-nin "Söhbət var" verlişində şəxsi həyatı ilə bağlı açıqlamalar verib. 
"Sherg.az"ın məlumatına görə o bunları söyləyib:
"İndi gözləməyə, sadalamağa, seçməyə vaxtım yoxdur. Həmişə istəmişəm ki, o sevdiyimi hiss eləsin və məni zorla qaçırtsın. Amma sevgimi mən deməməliyəm, o özü duymalıdır. Mənim kimi çox hissiyyatlı olmalıdır. Əgər istəyirəmsə, elə gördüyü gündə aparsın. Var-dövlət, pul, maşın önəmli deyil. Məni tanıyan, qarşısındakı insanın kim olduğunu bilən adam gələcək. Mənə saf, ülvi məhəbbət lazımdır".