Bu 6 vərdişdən uzaq durun - Enerjinizi istismar edir

Gün ərzində yorğun hiss etmənin yuxusuzluq və kifayət qədər dincəlməməyinizdən qaynaqlandığını düşünə bilərsiniz. Heç bir sağlamlıq probleminiz olmasa da və çox yaxşı yatsanız da, gün ərzində zəiflik və yorğunluq hiss edirsinizsə, geriyə baxın və gününüzü qiymətləndirin. Bəlkə də təkrarladığınız sadə bir səhv bütün enerjinizi boşa xərcləməyə səbəb olur.
"Sherg.az" "Haberler.com"a istinadən enerjinizin tükənməsinə səbəb olan vərdişləri açıqlayır:
 1.Xəbərləri izləmək

Stresin enerji "qatili" olduğu doğrudur. Araşdırmalara görə, gün ərzində xəbər izləməyə çox vaxt sərf edənlər halsız olmağa daha meyillidirlər.

2.Ofisdə nahar yeməyi

Ofisdə nahar edənlərdən birisinizsə, enerjinizi təzələmək üçün bayıra çıxmağa çalışın. Tədqiqatçılar, uyğun bir nahar fasiləsi və cəmi 20 dəqiqə çöldə olmağın daha yaxşı bir enerji mənbəyi olduğunu tapıblar.

3. Düzdün oturmamaq

Düzgün duruş təkcə bel və boyun üçün deyil, həm də beyin üçün vacibdir. Araşdırmalar göstərir ki, səhv oturmaq daha ümidsiz, çarəsiz, gücsüz və mənfi xatirələrə səbəb olur.

4. Səliqəsizlik

Eviniz, ofisiniz, hətta masanız dağınıqdırsa, enerjinizi tükənə bilər.

5. Səhv karbonhidrat

Sağlam qidalanan və pəhriz tutanlar az karbohidratlı qidalara üstünlük versələr də, bu, enerji səviyyəsi üçün səhv bir addımdır. Bədənin və beyinin çalışması üçün lazımi növ karbohidratlara ehtiyacı var.

6. Balanssız maqnezium

Orqanizmdə maqneziumun yüksək olması sayəsində enerji verən qidaların az və ya çox istifadə edilməsi halsızlığa səbəb olur. Banan, balqabaq toxumu, ton balığı və yaşıl lobya kimi maqneziumla zəngin qidaların az isifadəsi fiziki və zehni yorğunluğa, həddindən artıq istehlakı isə əzələ sisteminin inkişafına mane olur.