Fironun sirli məzarını açanlar niyə öldülər? - Qorxunc hadisələr+ Fotolar

Misir xanədanlığının 18-ci fironu olan Tutanxamon həddindən artıq məşhurlaşsa da, əslində o, Misir tarixində mühüm hökmdarlardan biri deyildi və 19 yaşında qəflətən ölmüşdü. Gənc fironu bu qədər məşhur edən hadisə 1922-ci ildə Krallar Vadisindəki məzar yerinin tapılması və qızıl tabutunun açılması idi. 

“Sherg.az” Türkiyə mətbuatına istinadən xəbər verir ki, 1922-ci ilə qədər fironun məzarını üzə çıxaran olmamışdı. İngilis arxeoloq Hovard Karterin 1 noyabr 1922-ci ildə Krallar Vadisində qazılmamış bölgəyə rast gəlişi ilə Tutanxamonun sirrli tabutu tapılır.

Amma arxeoloq öz qızı Ledi Evelin ilə fironun qızıl tabutunu 25 gündən sonra görə bilir.

Hovard ona hədsiz qürur gətirən möhtəşəm kəşf duyğusu ilə məzar otağında araşdırmalar aparır. Elə bununla da sirli hadisələr bir-birini izləməyə başlayır. 

İlk olaraq Karterin ən çox sevdiyi tutuquşusu haradan gəldiyi bilinməyən kobra ilanı tərəfindən öldürüldü. Kobra ilanı Misir hökmdarlarının simvolu hesab olunur. Karterin iki köməkçisi isə yüksək qızdırmadan həyatlarını itirdilər. 

Qazıntılara maliyyə dəstəyi verən ingilis lordu Carnavronun səhhəti də qəfil pisləşdi və qan zəhərlənməsi diaqnozundan öldü. Onun iti Susi də ulamağa başladı və öldü. 

Lord Carnavronun dostu Misirə səfəri zamanı fironun məzarını görməyə getdiyi üçün 12 saat sonra yüksək hərarətdən dünyasını dəyişdi. 
Amerikalı milyarder Corc Cey Qould məzarı ziyarət etdikdən sonra qəfil qızdırma ilə dünyadan köçdü. 

Həkim Arçibald Reyd Tutanxamonun neçə yaşında öldüyün öyrənmək üçün mumiyanın rentgen şüalarını çəkdi. İngiltərəyə qayıtdıqdan sonra o da öldü.