Şəbnəm həcidən ayrılıb? - Müğənni üstüörtülü mesaj verdi

"Biz ağıllı valideynlərik"

"Həyatdır da, sabah nə isə olsa, uşağın(oğlu Əlini nəzərdə tutur-.red) psixologiyasını pozmarıq"

"Bu gün ayrılan insanlar çoxdur. Lakin boşanan cütlüklər nə qədər az olsa, xalq olaraq o qədər sevinərik. Çünki biz müsəlmanıq. Uşağın da bir günahı yoxdur. Ata ilə ananın xasiyyəti bir-birilə düz gəlməyəndə, uşaq gözə görünmür. Ağıllı valideyn isə həmişə övladını düşünür". 
"Sherg.az" xəbər verir ki, bu sözləri "Birə-bir" verlişində müğənni Şəbnəm Tovuzlu həmkarı Elnar Xəlilovun ailə məsələlərinə münasibət bildirərkən söyləyib. O söhbətə davam edərək bunları deyib:
"Məsələn, qızımı çox gözəl böyütmüşəm. Atası ilə də hər zaman ünsiyyətdə olub. O nə atasızlıq görüb, nə də anasızlıq. Atası ilə biz hələ də dostuq. Oğlum Əli də hər gün atasını görür. Həyatdır sabah bir şey olsa, uşağı atadan ayırmaq lazım deyil. Mən boşansam da, övladımı(qızından bəhs edir-.red) atasından ayırmamışam. İndi də biz ağıllı valideynlərik. Həyatdır da, sabah nə isə olsa, uşağın(oğlunu nəzərdə tutur-.red) psixologiyasını pozmarıq".