"Yas mərasiminə kimlər gəlmişdi?" - Nazilə Səfərli rəyə ironiyalı cavab verdi

Şairə Nazilə Səfərli İnstaqramda növbəti dəfə paylaşım edib. İzləyiciləri aparıcının postuna rəylər yazıb. 

"Sherg.az"ın məlumatına görə bir izləyici fotoya " Aynur Dadaşova ilə mübahisənizdən sonra sizə rəğbətim var" yazıb. 
N.Səfərli isə bu komentə ironiya ilə cavab verib: "Bıy, Allah rəhmət eləsin. Nə vaxt ölüb? Yas mərasiminə kimlər gəlmişdi?". 

Qeyd edək ki, ötən ilin fevral ayında "Ona qalsa" verlişində Nazilə Səfərli ilə Aynur Dadaşova mübahisə edib.

Ona görə ki, Bəstəkar Ruslan Səfəroğlunun musiqisinə söz yazan N.Səfərli həmin mahnını A.Dadaşovanın oxuduğunu, lakin şairənin pulunu ödəmədiyini bildirib.