Duetləri müqayisə edildi: "Pərviz, yoxsa Doğuş?"

Xəbər verdiyimiz kimi müğənni Türkan Vəlizadə türkiyəli ulduz Doğuşla duet oxuyub. Onların "Baka-baka" adlı mahnıları "YouTube"də yayımlanıb. 

"Sherg.az"ın məlumatına görə Türkanın yeni layihəsi izləyiciləri tərəfindən birmənalı qarşılanmayıb. Sosial şəbəkələrdə rəylər iki hissəyə bölünüb. Onun sevənlərinin bir qismi Pərviz Bülbülə ilə duetlərinin daha yaxşı olduğunu söyləyib. Digərləri isə mahnını çox bəyəndiklərini qeyd ediblər.
 Məsələn, bir sosial şəbəkə istifadəçisi "Türkan xanım, superdir, uğurlu olsun. Amma Pərvizdən yaxşısı olmayacaq"deyə rəy yazıb. Bir başqası isə "Uğurlar. Pərvizə əlvida" komentini əlavə edib. 

Həmçinin Türkan Vəlizadənin həmkarları, dostları klipdən bir bölüm paylaşaraq onu təbrik ediblər. Pərviz Bülbülə isə hələ bu duetlə bağlı paylaşım etməyib.