Xarici media: Azərbaycan Dövlət Televiziyası Belçikanın Ham şəhərində


Belçikanın “HET BELANG VAN LİMBURG”  qəzeti Azərbaycan Dövlət Televiziyasının Belçikanın Ham şəhəri və bu şəhərdə Qarabağ atına qoyulan abidə ilə bağlı hazırladığı reportajla bağlı xəbər yayıb.

Xəbərdə bir neçə ildir Ham şəhəri ilə Azərbaycan arasında gözəl bir dostluq körpüsü yarandığını, hər iki tərəfin bir-birini ziyarət etdiyi yazıb.
Bir neçə il əvvəl Ham bələdiyyə başçısı Azərbaycanda, Azərbaycanın Belçikadakı səfiri Ham şəhərində olub. Bu günlərdə Azərbaycan Dövlət Televiziyası Hamı şəhərinin qonağı oldu. Bununla indi Ham şəhəri Azərbaycanda təbliğ olunacaq.  Sevindirici hal odur ki, Ham şəhərində Qarabağ atına qoyulan abidə dostluq abidəsinə çevrilib. Bununla bağlı Azərbaycan Dövlət Televiziyasının komandası ilə Azərbaycan-Belçika Dostluq Cəmiyyətinin sədri Ayhan Dəmirçi ilə birlikdə veriliş hazırlanıb", - deyə xəbərdə yazılıb.



Cəmiyyət sədri Ayhan Dəmirçi  qəzətə açiqlamasında abidənin açılışını dostluğa xidmət etdiyini bildirib.

“Bu gözəl dostluğun əsası 2017-ci ildə Hamda, Novruzla birlikdə yaz şənliyindən başladı. Novruz bayramını və abidənin açılışını birlikdə qeyd etməyə başladıq. Bundan əlavə,  Novruzda hamı bir-birini ziyarət edir, şənlik olur, məzarlıqlar ziyarət edilir. Bu il koronavirus səbəbi ilə Novruz bayramı təntənəli qeyd edilmədi. Ancaq yaxınlarımıza Novruz şirniyyətləri payladıq. Ümid edirəm ki, gələn il də Novruz festivalını təşkil edə bilərik”, -deyə Ayhan Dəmirçi bildirib.