Sevgilisi Rəhimin üzünə qapı açmayıb:"3 il eşq yaşadıq, amma..."

Müğənni Rəhim Rəhimli ARB TV-nin "Özəl" verlişində qonaq olub. O şəxsi həyatı ilə bağlı açıqlamalar verib. 
"Sherg.az"ın məlumatına görə proqramda R. Rəhimli haqqında 10 fakt paylaşılıb. Onların içərisində müğəninin özəl münasibətləri ilə bağlı məlumatlar diqqət çəkib. Məsələn, sənətçinin "Gözümün içinə bax" adlı mahnısını sevdiyi xanımın qapısının önündə yazdığı məlum olub. O bu olayı belə nəql edib:
"Münasibətimiz pozulmuşdu. Qapını döyürdüm, açmırdı. Onda yazdım". 

Həmçinin müğənninin şou- biznes nümayəndələrindən biri ilə 3 il eşq yaşadığı söylənilib. R. Rəhimli bunu təsdiqləyib.