Yeni Qanun layihəsi: Pasportlar hüquqi qüvvəsini itirəcək


Rusiya Daxili İşlər Nazirliyi yeni Qanun layihəsi hazırlayıb. Bu barədə “Sherg.az” TASS-a istinadən xəbər verir. Qanun layihəsinə əsasən 20 və 45 yaşına çatdığı andan etibarən vətəndaşın pasportunun etibarlılıq müddəti 30 günədək uzadılacaq. Göstərilən müddətdə sənəd yenilənmədikdə isə o, öz hüquqi qüvvəsini itirmiş olacaq.
 Yeni Qanun layihəsi vətəndaşların hüquqlarının məhdudlaşmasının qarşısını almaqdan ötrü qəbul edilib.