Dünyada bir İLK: uçan taksilər... - Fotolar

Çin yaxın gələcəkdə uçan taksilərin istehsalına başlıyacaq.
"Sherg.az" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə uçan taksi və digər dronların hazırlanması ilə məşğul olan Çinin “EHang” şirkəti məlumat verib. Şirkət 2021-ci ilin ikinci rübündə “EH216” adlı ikinəfərlik uçan taksilər istehsal edən zavodunu istifadəyə vermək niyyətindədir.  “EHang” şirkəti Quandun əyalətinin Yunfu şəhərində inşa ediləcək və sahəsi 24 min kvadrat metr olacaq zavodda ildə 600 “EH216” taksi istehsal edəcəyini bildirib. Şirkət nümayəndələri vurğulayıb ki, tələbat çox olacağı təqdirdə uçan taksi istehsalının həcmi artırılacaq.
Qeyd edək ki, hazırda “EHang” şirkəti Quancjouda yerləşən mənzil-qərargahında sürücüsüz idarə olunan taksi və başqa dronlar istehsal edir.