Putin qvardiya üzvlərini təbrik edib


Rusiya Prezidenti Vladimir Putin qvardiyanı peşə bayramı münasibətilə təbrik edib.

Bu barədə “Sherg.az” “RİA novosti”yə istinadən xəbər verir. O, qvardiyanın dövlət problemlərinin həllində səmərəli iştirak etdiyini, terrorla uğurlu mübarizə apardığını, silahların mülki dövriyyəsinə nəzarət etdiyini , qanunun keşiyində durduğunu, kütləvi tədbirlər zamanı insanlaırn təhlükəsizliyini qoruduğunu söyləyib. Prezident, həmçinin karantin qaydalarına əməl olunmasında qvardiyanın rolundan danışıb.

​ O, şərəfli fəaliyyətə görə qvardiya üzvlərini təbrik edib.