“Facebook” şirkəti fikri oxuyan bilərzik prototipi üzərində işləyir

“Facebook” şirkəti fikri oxuyan bilərzik prototipi üzərində işləyir.

Sherg.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə “Facebook” şirkəti “CTRL-Labs” startapının texnologiyalarına əsaslanan yeni əlavə edilmiş reallıq interfeysinin hazırlanması haqqında məlumat verib. Layihənin bloqunda dərc edilmiş yazıda və kiçik həcmli təqdimat videosunda virtual obyektlərlə qarşılıqlı əlaqənin qurulması üçün beyin siqnallarını oxuya bilən bilərzik prototipləri haqqında məlumat verilir. Bu qurğu üçün əzələlərin elektrik aktivliyini qeydə almağa imkan verən elektromiyoqrafiya texnologiyasından istifadə edilir. Gələcəkdə belə bilərziklər ən müxtəlif jestləri tanıyaraq onları virtual və ya əlavə edilmiş reallığa daşıya biləcək. Qeyd olunub ki, amma hələ ki, ən sadə jestləri tanıya bilir. 
 
Belə bilərziklər gələcəkdə fiziki düymələri olmayan virtual klaviaturada çap etmək üçün tətbiq edilə bilər. Bilərziklər istifadəçinin çap tərzinə tez uyğunlaşa və səhvləri avtomatik düzəldə biləcək. Ümumilikdə belə yanaşma mətni klaviatura ilə müqayisədə daha sürətli yığmağa imkan verəcək.