Zooparkın sahibi nəhəng pitonun hücumuna məruz qalıb - FOTO

ABŞ-ın Kaliforniya ştatındakı "Sürünənlər Zooparkı"nın sahibi Jay Brewer, nəhəng bir pitonun hücumuna məruz qalıb. Pitonun yumurtalarını almaq istəyən Brewer, gözlənilməz bir halla qarşılaşıb.

 J.Brewer nəhəng pitonun yumurtalarının bir qismini anbar üçün yığmağa çalışan zaman piton ona hücum edib.  Brewerin təqribən iki milyon yarım izləyicisi, adamın paylaşdığı görüntülərdən sözün əsl mənasında dəhşətə gəlib. 

Onun instagram hesabında paylaşdığı görüntülərdə heyvanın dişləri açıq bir şəkildə sürətlə ona doğru gəldiyi görünür. Jay ilanın hücumundan gücnən qurtularaq kameraya baxıb.

Qeyd edək ki, pitonlar zəhərli olmasa da, inanılmaz dərəcədə güclüdürlər. Onlar ölümcül bir güclə hücum edirlər. Hücum etdikləri zaman isə qurbanlarını öldürürlər.

Şəkli instagrama yükləyən Jay Brewer deyib ki, onun əlindən güclə qurtulub:

"Bu ilanın nadinc olduğunu əvvəlcədən qeyd etmişdim. Doğurdan da elədi. Əlindən güclə qurtuldum. Bir neçə yaxşı yumurtanı xilas etməyə çalışdığımı bilmədiyi üçün mənə hücum etdi. Əgər yumurtaları oradan almasam çürüyəcəkdi. Körpələri xilas etmək üçün riskə getməyə hazıram". 

700 mindən çox izlənən görüntülərə minlərlə insan rəy bildirib. İzləyicilər "ürəyimiz ağzımıza gəldi" kimi ifadələrlə qorxduqlarını açıqlayıblar.