Xanəndə sərt DANIŞDI: "İmkan verməyəcəyik ki, şit mahnılarla..."

"Bayağı mahnı ifa edənlərin ömrü çox olmayacaq. Çünki bizim gənc sənətkarlarımız - Mirələm Mirələmov, Babək Niftəliyev, Ehtiram Hüseynov var".
"Sherg.az" xəbər verir ki, bu sözləri ARB TV-nin "Heç vaxt heç yerdə" verlişində xanəndə İlkin Əhmədov deyib. O bayağı müğənnilər haqqında danışaraq bunları söyləyib:
"İmkan verməyəcəyik ki, ucuz, şit mahnılarla millətimizin zövqünü, mənəviyyatını korlasınlar. Kabinet mahnıları böyük səhnəyə yaxın gələ bilməzlər".