Daha bir müğənni koronaya yoluxdu: 3 gündür vəziyyəti ağırdır - FOTO

Müğənni Günel Ələkbərova səhhəti ilə bağlı problemlər yaşayır. O, İnstaqram səhifəsində paylaşdığı videoda özündə koronavirusun əlamətlərinin olduğunu söyləyib.
"Sherg.az" xəbər verir ki, G.Ələkbərova üç gündür vəziyyətinin ağır olduğunu xüsusi vurğulayıb:
"Ev şəraitində müalicə olunuram, amma sağlıq durumum yaxşı deyil. Özümü pis hiss edirəm. COVİD testinin cavabı gəlməyib. Bilmirəm, koronavirusa yoluxmuşam, ya yox.

Ölkəmizdə səhiyyə sistemi bərbaddır. Xəstələrə vaxtında müdaxilə etsələr, yoluxanların sayı artmaz, insanlar həlak olmazlar. Allah ölənlərə rəhmət eləsin. Günahkar Səhiyyə nazirliyinin əməkdaşlarıdır, TƏBİBdir.

İnsan həyatı bu qədərmi ucuzdur? Söz tapmıram. Allahdan qorxun. İnsanların həyatı ilə oynamayın. Kasıblar var, bilmirəm, o yazıqlar necə müalicə olunurlar? Səhiyyə nazirliyi yoluxanları təmənnasız müayinə etməlidir. Camaatın çörək almağa pulu yoxdur. Adicə tibbi yoxlanış, müayinə 200-300 manata başa gəlir. Kasıb insan deyil? Yaşamağa haqqı yoxdur? Ölməlidir? Bir az vicdanlı olun".