"Ərim mənə zülmlər verib" deyən müğənni DANIŞDI: "...Onunla nəfəs alıram"

"Həmin Zaur" verlişində qonaq olan müğənni Zahidə Günəş ailə məsələləri ilə bağlı danışıb. 
"Sherg.az"ın məlumatına görə onun oğlunu 11 ildir ki, atası ilə görüşdürmədiyi məlum olub. Bu barədə aparıcı Zaur Kamal müğənniyə sual ünvanlayıb. O, isə bunları söyləyib:

"Oğlumun atası yaxşı insandır. Bu günə qədər övladımı təkbaşıma böyütmüşəm. Ürəyi istəsə, atasını görə bilər. Oğlum mənimlə, mən də onunla nəfəs alıram". 

Zaur Z.Günəşə " Qabaqlar çox qətiyyətlə deyirdiz ki, atasını görə bilməz:"Mənə həyat yoldaşım zülmlər verib". Amma indi yumşalmısınız" deyərək müraciət edib. Müğənni isə aparıcıya belə cavab verib:

"Çünki ömür qısadır, həyat insana hər şeyi öyrədir. Oğlumun 11 yaşı olacaq. Atası efirlərdə görüb. O da istəyirmi, bilmirəm. Ehtiyac da yoxdur. Onun atası da, anası da mənəm. Daha çox danışmaq istəmirəm. Mən xoşbəxtəm. Kimsə kimləsə düşmənçilik etməsin. Arzum budur ki, hamı yaxşı olsun".