Atatürkün heykəli təhqir olundu: polis hərəkətə keçdi - Fotolar

Türkiyənin Marmara Ereğlisi səmtində zərər görən və boşaldılan "Nizamettin Demirdöven" İbtidai məktəbinin bağçasındakı Atatürk heykəlinin üzərinə boya ilə təhqiramiz ifadələr yazılıb.
"Sherg.az" türk mətbuatına  istinadən verdiyi xəbərə görə,  vəziyyətin fərqinə varan vətəndaşların  bildirişi ardından jandarma qrupu həmin əraziyə göndərilib.
Qeyd edək ki, hadisənin hansı şəxs və ya şəxslər tərəfindən törədildiyi məlum deyil.