Son qəbilə Genləri heç dəyişməyib

Onlar Kəşmir savaşına görə aralıqda qalıb və demək olar ki, ətrafla  bütün əlaqələri kəsilib


Dünyada xeyli sayda qəribə görünüşlü insanlar və həmin insanların cəmləşdiyi müxtəlif inanclı tayfalar mövcuddur. Belə tayfalardan biri də genləri dəyişməyən Aryan qəbiləsidir. Bu qəbilə Hindistanın Ladax bölgəsində yaşayır. Onların genlərinin heç dəyişmədiyi bildirilir. Aryan sözünün mənasının isə “soylu kişi” olduğu bildirilir. Ərazidəki 5 Aryan kəndində təxminən 2-4 min nəfər insan yaşayır. Qəbilə Hindistan və Pakistan ölkələri arasındakı Kəşmir savaşına görə aralıqda qalıb və demək olar ki, ətrafla  bütün əlaqələri kəsilib.

Bu təcrid olunmuş həyat onların genefondlarının dəyişməz qalmasına səbəb olub. Broqpa xalqının mənşəyi haqqında müxtəlif nəzəriyyələr var. Ancaq bunların heç biri indiyədək sübut edilməmişdir.

Məsələn, alman alimi və şərqşünas Fridrix Maks Müller aryaların Avropaya fəth yolu ilə gəlib məskunlaşan Orta asiyalıların nəsilləri olduğuna inanırdı. Sonralar nasistlər bu nəzəriyyədən təbliğat aparmaq üçün istifadə etdilər.

Broqpa xalqına görə isə onlar Makedoniyalı İskəndərin və Asiyanı fəth edən əsgərlərinin nəsilləridir. Eyni nəzəriyyə Pakistandakı Kalaş qəbiləsi üçün də irəli sürülmüş, lakin DNT testləri uğursuz olmuşdur.

Üçüncü nəzəriyyə isə Brogpanın VII əsrdə Karakorum dağlarının ətəyindəki vadilərə köçüb məskunlaşan ilk insan olduğunu göstərir. Ariyalıların fiziki xüsusiyyətləri Ladaxda yaşayan Tibet-Monqol əsilli olanlardan daha çox avropalıların xüsusiyyətlərinə bənzəyir.

Broqpa ənənəsinə görə qəbilə və ya kastlararası nikah qadağandır. Danışdıqları Broksat dili heç vaxt dəyişməyib. Həm də geyimlərində və zinət əşyalarında adət-ənənələrini yaşatmağa diqqət yetirirlər.

Lakin son 10 ildə internetin meydana çıxması onların adət-ənənələrini qorumağını daha çətinləşdirib. Artıq gənc Aryanlar kənardan evlənir, şəhərlərə köçür və Qərb tərzində geyinir.

Animist Aryanlar arasında Buddist inam artmaqdadır. Vadidə hər il yeni monastırlar tikilir. Müasir dəyişikliklər Aryan mədəniyyətinə təsir etsə də, bir yandan bu onlara daha yaxşı sağlamlıq, təhsil və iş imkanları ilə təmin edir.

Beş il əvvəl bölgəyə gələn əcnəbilərin girişinə qoyulan məhdudiyyətlərin ləğvi turistləri və pul axınını sürətləndirdi. 5 kənd iki ildir təşkil etdikləri festivallarla mədəniyyətlərini xarici dünyaya tanıtdırırlar.

Broqpa mədəniyyətinin qorunmasında qadınlar və onların ənənəvi geyimləri böyük əhəmiyyət daşıyır. Festivallarda ənənəvi evlilik mərasimləri də sərgilənir. Gəlinlər üzlərini kağız çiçəklərlə örtürlər.