Yeni ştammla bağlı mühüm məqam: 1 dəqiqədə yoluxa bilərsiniz

Koronavirus dəfələrlə mutasiyaya uğrayıb. Nəticədə bütün dünyada mutant virusuna tutulanların sayı artmağa başlayıb.
"Sherg.az" "trthaber.com"a istinadən xəbər verir ki, professor-həkim Necmi İlhan virusun yeni ştammı barədə mühüm məqamları açıqlayıb.
Yeni ştammın daha tez yayıldığına diqqət çəkən professor bildirib ki, virus əvvəllər 5 dəqiqəyə yoluxurdusa, indi 1 dəqiqədə yoluxur:
"Qarşıdakı şəxsin virus yükü az olsa da, ciddi şəkildə yoluxmasa da, qısa təmas, qısa danışma və maska taxmamaqla virusa yoluxa bilərsiniz".