Baloğlan keçmişi “vərəqlədi”: “Xəstə olanda çörək verdiklərimin səsi çıxmadı”

Müğənni Baloğlan Əşrəfov ARB Tv-nin  “Səhər-səhər” verlişində səhhəti ilə bağlı problemlər yaşadığı günlərdən danışıb.

“Sherg.az”ın məlumatına görə o, çətin vaxtlarında yanında olan dostlarından bəhs edib:

“Türkiyədə xəstəxanada olarkən Manaf Ağayev mənimlə bəlkə 60 dəfə əlaqə saxlayıb. Allah canını sağ eləsin. Məni darıxmağa qoymurdu. Yanımda olan insanlar sağ olusunlar. Elələri də var idi ki, çörək vermişdim, döyünən ürəkləri idim. Amma onlardan səs çıxmadı. İkinci həyatımda bildim nə var, nə yox.Mənə zərrə qədər də dua edən hər kəs sağ olsun ”.

Verlişin qonağı olan M.Ağayev isə B.Əşrəfovun komada ikən yanında olduğunu söyləyib:

“Onu Bakıdan yola saldıq. Elə vəziyyətdə idi ki, qayıdanda  belə görəcəyimə inanmırdım”.