Paşinyanın “humanistlik şousu”: "Generaliteti özündən asılı vəziyyətə salır”

Ermənistan baş naziri Nikol Paşinyan yeni baş qərərgah rəisi Artak Davtyanın təqdimatı zamanı Müdafiə Nazirliyinin generalitet heyəti ilə görüşüb. Bu barədə Ermənistan KİV-i məlumat yayıb. Həmin görüşdə Nikol Paşinyan söz verib ki, İkinci Qarabağ savaşındakı məğlubiyyətləri ilə bağlı Müdafiə Nazirliyinin yuxarı komandanlığını istintaqa cəlb etməyəcək.

“Atlas” Araşdırmalar Mərkəzinin siyasi analitiki Samir Hümbətov Paşinyanın sözügedən vədini “Sherg.az”a şərh etdi: 

“ Ermənistan baş nazirinin bu addımı atmaqda bir neçə məqsəd güddüyü açıq şəkildə görünür. Birincisi, Nikol Paşinyan ordu ilə hökumət arasında yaranmış uçurumu azaltmaq və ordu içində fəaliyyət göstərən genariliteti müəyyən qədər özündən asılı salmaq istəyir.

İkincisi, cəmiyyətə mesaj verir ki, müharibədə ordunun səhvi olsa da, mən onlara humanislik göstərdim. Üçüncüsü, qarşıdan gələn seçkilərlə əlaqədar olaraq Paşinyan istefa verməlidir.

Onun istefasından sonra seçkiyədək və ondan sonrakı dövrdə ordunun yenidən fəallaşmaması və ölkədə vəziyyətin normal saxlanılması şərtdir.

Sadaladıqlarımın hər biri Paşinyan hakimiyyəti üçün olduqca önəmli məsələlərdir”.