Bir ilk: Elm adamları parlayan balığı aşkar etdilər!       

Amerika alimləri Arktikada ilk dəfə parlayan balığı aşkar ediblər. Amerika Təbiət Tarixi Muzeyinin Qrenlandiya yaxınlığında buzlu sularda yaşayan canlıları araşdıran tədqiqatçıları balıqların qırmızı və yaşıl rəngdə parladığını görüblər.

“Sherg.az” “milliyet.com”a istinadən bildirir ki, günəş işığından gələn enerjini udma və onu yenidən fərqli bir rəngdə yayma qabiliyyətinə “biofluoresans” deyilir.

Biyofloresans, canlıların dərisində və ya toxumalarında işığı udan zülallar tərəfindən meydana gəlir. Bu zülallar mavi və ultrabənövşəyi dalğa uzunluğundakı yüksək enerjili şüaları udur və daha aşağı enerjili şüalar kimi geri səpələnirlər. Belə xüsusiyyəti olan canlılar ultrabənövşəyi və mavi işığın altında yaşıl, narıncı və ya qırmızı rəngdə görünürlər. Məhz Arktika bölgəsindəki balıqların həm qırmızı, həm də yaşıl işıq saçdığı alimləri çox təəccübləndirib.

Araşdırmanın müəlliflərindən olan Con Sparks yazır:

“Arktikada həm onurğasızlarda, həm də onurğalılarda çox nadir xüsusiyyətin olduğunu kəşf etdik. Bəzi balıqların  bir deyil, iki rəngdə parladığını görəndə təəccübləndik. Bu, çox qeyri-adi bir hiss idi…”.