Sərt reaksiya: “Sadıqov ölkədən çıxmamalı idi, çox sirr bilir" - SATIB?

“Hətta ordudan tərxis edilsə də, qanunvericiliyə uyğun olaraq, göstərilmiş müddətdə ölkə daxilində qalmalıdır”.

"Onun nə məqsədlə geri çağırıldığını bilmirəm. Lakin qazilərin gözü qarşısında cəzalanmalıdır”

Məlum olduğu kimi, Azərbaycan ordusunun baş qərargah rəisi Nəcməddin Sadıqovun (hazırda vəzifədə olub-olmaması müzakirə mövzusudur)  Dubayda istirahət edərkən görüntüləri yayılmışdı. Bu günlərdə isə o, təcili olaraq Bakıya çağırılıb. Yəni istirahəti yarımçıq qalıb. Fəaliyyətinə dair ciddi şübhələr olan Nəcməddin Sadıqovun ölkədən kənara necə çıxması və sonra niyə geri çağırılması müəmmalıdır.

Doğrudanmı, nəhayət, gözlənilən vaxt çatdı?..


 “Qarabağ qaziləri” İctimai Birliyinin sədri Asəf Əliyev bu barədə “Sherg.az”a danışdı:

 “Nəcməddin Sadıqov kifayət qədər hərbi sirrə malik olduğuna görə onun ölkədən çıxmasına yol verilməməli idi. Hətta ordudan tərxis edilsə də, qanunvericiliyə uyğun olaraq, göstərilmiş müddətdə ölkə daxilində qalmalıdır. Videosuna baxdım. Müharibənin bərpa olunma ehtimalı varkən, qazilərimizin yaraları sağalmadığı, şəhidlərimizin əzizlərinin göz yaşlarının qurumadığı bir vaxtda belə istirahət etmək düzgün deyil. Onun nə məqsədlə çağırıldığını bilmirəm. Lakin qazilərin gözü qarşısında cəzalanmalıdır”.