Meyxanaçı Samirə: "Ərim məni taksi sürücüsü işləməyə qoymazdı"

Meyxanaçı Samirə Yusifqızı “ Azad Azərbaycan” telekanalının “7 canlı” verlişində qonaq olarkən ailə həyatı ilə bağlı danışıb.
“Sherg.az” ın məlumatına görə  aparıcı Vüsalə Əliyeva  ona “Bilirəm ki, həyat yoldaşınız siz toyda ifa edərkən yanınızda dünyasını dəyişib. Hərdən  düşünürmüsünüz ki, o olsa idi, məni taksi sürücüsü işləməyə qoymazdı?”-deyə sual ünvanlayıb. Meyxanaçı isə belə cavab verib:
“Əlbəttə fikirləşirəm. O yaşasa, nə dərdim olardı ki?  Heç olmasa qızım evdən ata xeyir-duası ilə çıxardı. Dərdimi kiməsə deyə bilərdim, başım ağrıyanda  bir stəkan su gətirərdi. Allahın yazısı bu qədərmiş. 23 il öncə vəfat edib. Övladlarımı tək böyütmüşəm”.