Manaf ilk məhəbbətindən danışdı:"Əsgərlikdə olanda mənə..."

“İlk məhəbbətim həyat yoldaşım olub. Məktəbdə birinci sinifdən bir yerdə oxumuşuq”.

“Sherg.az” xəbər verir ki, bu sözləri “Səhər-səhər” verlişində müğənni Manaf Ağayev deyib. O, Baloğlan Əşrəfovun mahnısının sədaları altında evləndiyini söyləyib:

 “Hər ikimiz onun mahnılarını sevirdik.  Hərbi xidmətdə olarkən xanımım pay göndərmişdi. İçində bir kaset var idi : “ Bitən eşqim”.  Sonra başqa  bir adam B.Əşrəfova həmin mahnını yenidən səsləndirməyi məsləhət gördü. O da  təkrar ifa etdi. Özümün də “Bitən eşqim”i oxumaq fikrimdə var idi. Bir dəfə Arzu Qarabağlı dedi ki, Baloğlan müəllimin mahnısını bir yerdə səsləndirək”.