Buz oteli ! - Görənləri heyrətləndirir + Fotolar

İsveçin Jukkasjarvi şəhərində qeyri-adi bir otel var. Tamamilə buzdan hazırlanan və bu il 30 illiyini qeyd edən “İce Hotel” dünyanın aparıcı buz heykəltəraşları tərəfindən inşa edilib.

“Sherg.az” “hurriyet.com”a istinadən otelin 137 otağı olduğunu xəbər verir.

Otaqların hər birinin fərqli bir konsepsiyası var, əksəriyyətində iki nəfərlik çarpayı, telefon, televiziya və simsiz internet bağlantısı mövcuddur. Restoran, yemək otağı, bar, konfrans zalı və ofis sahəsi müştərilərə təklif olunan avadanlıq və xidmətlər arasındadır.

Oteldə hədiyyə dükanı da unudulmayıb. Burada qalmaq üçün qalın geyinmək faydalıdır, çünki otaq istiliyi -5 dərəcədir.

Buz oteldə maraqlı təcrübəni yaşamaq üçün gecə haqqı 250 dollardan başlayaraq 600 dollara çatır.