Müğənnilərimiz Moskvada da qalmaqal yaratdılar: "Dava-qırğın olub"

Müğənni Afət Fərmanqızı “Xəbər-Ətər” verlişinə qonaq olarkən toy üçün Moskvaya gedən ifaçılardan danışıb.
“Sherg.az” xəbər verir ki, o, bunları söyləyib:
“Eşitdiyimə görə Rusiyadakı musiqiçilərlə burdan gedənlər arasında mübahisə yaranıb. Dava - qırğın olub. Ordakılar deyirlər, gəlib bizim çörəyimizə bais olmusunuz. Pandemiya dövrünə görə bizim müğənnilər orda toylara daha ucuz qiymətə gedirlər. Moskvadakı ifaçılar mat-məəttəl qalıblar ki, aldığımız qonorardan bir neçə dəfə aşağı qiymətə razılaşırsınız”.