2021-ci ilin ən ağıllı telefonu…

Ağıllı telefonlarla bağlı edilən  araşdırmanın nəticələrinə görə “Apple'ın “iPhone 12 Pro Max” buraxılışı 2021-ci ilin ən yaxşı telefonu seçilib. 
"Sherg.az" xəbər verir ki, "Consumer Reports" un hər il hazırladığı araşdırmada “Samsung Galaxy Note 20 Ultra 5G” ən yaxşı Android əsaslı telefon olaraq seçilib.

Şirkətin ötənilki hesabatında “Apple”ı fərqləndirən xüsusiyyətlər arasında aşağıdakılar göstərilib: 

Daha sürətli prosessor, ultra kəskin OLED ekran, kamera texnologiyası və 5G dəstəyi.

“Apple”ın yeni “iPhone” modelini bu sentyabr ayında təqdim edəcəyi gözlənilir. Yeni cihazın adının “iPhone 13” olacağı və ya başqa bir ada üstünlük veriləcəyi hələ məlum deyil.