Türkiyə yeni vaksin hazırlayır: Burundan vurulacaq sprey... 

Türkiyə koronavirusa qarşı yeni vaksin hazırlayır. Qardaş ölkənin sənaye və texnoloji naziri Mustafa Varank yeni vaksinin müjdəsini verib.

Sherg.az türk mediasına istinadən xəbər verir ki, nazir ”intranazal” – burundan vurulacaq sprey şəklində istehsal olunacaq yeni vaksinin bu il ərzində istifadəsi mümkün olacağını deyib.

Vaksin istehsalçısı “Nanografi AŞ” vaksinin ildə 250 milyon dozada istehsal edilə biləcəyini deyib və xüsusi olaraq vurğulanıb ki, bu yeni vaksin mutant viruslara qarşı da effektli olacaq. Bu vaksinin Çinin Vuhan ştammı ilə yanaşı Britaniya ştammına qarşı təsirli ola biləcəyi Türkiyə Xalq Sağlığı Baş İdarəsində təsbit edilib. Yeni vaksinin istehsalına süni ağciyər modelinin böyük rolu olub. 10 il əvvəl tamam başqa bir layuhə üçün süni ağ ciyər modeli yaradılmış və azot içində dondurularaq saxlanılmış ağ ciyərə məxsus immun hüceyrələr “oyandırılaraq”  COVİD peyvəndi tədqiqatında istifadə edilib. Bu yeni peyvəndin sınağı ilk olaraq Ankara Şəhər Xəstəxanasında gerçəkləşəcək.  Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca isə burun spreyi şəklində istehsal olunan vaksinin heyvanlar üzərində aparılan ilk sınaqlarının uğurlu olduğunu deyib. Nazir bildirib ki, qarşıdakı günlərdə vaksin könüllülər üzərində sınaqdan keçiriləcək. Burada da uğurlu nəticə alınarsa, ilin sonunadək 50 milyon doza vaksinə sahib olacaqlar. Vaksin istehsalçısı şirkət isə il ərzində 250 milyon doza vaksin istehsal edə biləcəklərini açıqlayıb.