"Sənin yerində olmaq istəyən minlərlə oğlan var" - Xatirə əsəbləşdi


Müğənni Xatirə İslam sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib.


"Sherg.az"  BİG.az-a istinadən xəbər ki, Xatirə "Instagram" hesabında həmkarı Nicat Məhərrəmovun lirik şeirini paylaşıb. O, həmkarının belə bədbin şeir deməsinə əsəbləşib:

"Sənin nə dərdin var, ay bala? Cavan oğlansan, yaraşıqlısan, istedadlı musiqiçisən, səsin, sənətin, gözəl ailən daha nə lazımdır sənə? Bir az sənətinlə ciddi məşğul ol. Səndə olan istedad, səs kimdə olsaydı nələr edərdi. Günahın hamısı özündədir. Pozitiv ol, özünü düşün yalnız. Cavansan, subaysan, sənin yerində olmaq istəyən minlərlə oğlanlar var, şükür et".