İyun ayında koronavirus bitir? 

Məhz bu ayda Antalyaya həftədə 2 dəfə reyslər təşkil ediləcək

Rusların Türkiyə sevdasını təmin etmək üçün Rusiya Hava Yollarına məxsus şirkətlər ən ucuz reyslər təşkil edəcək.

“Pobeda” loukosteri (ucuz reyslər təşkil edən aviaşirkət) iyunun 2-dən etbarən Mineral Sular – Antalya müntəzəm reysləri həyata keçirəcək. “Aeroflot” şirkətinə daxil olan “Pobeda” bu barədə rəsmi saytında məlumat verir. Bildirir ki, Mineral Sular – Antalya marşrutu yenidir və bilet satışlarına artıq başlanılıb. Türkiyənin ən çox ziyarət olunan kurort şəhəri Antalyaya reyslər iyunun 2-dən oktyabrın sonunadək həftədə 2 dəfə omaqla həyata keçiriləcək.