Müğənni Kərim ölkədən getdi: "Məcburam, məni bağışlayın” 

Kərim Abbasov da toy üçün Rusiyaya yola düşən müğənnilər karvanına qoşulub.
“Sherg.az” xəbər verir ki, bu barədə o İnstaqram səhifəsinə yazıb. Fotolarını paylaşan Kərim belə deyib:
“Gedirəm üzümdə həsrət naxışı. Hicranı gözümdə sıxıb gedirəm. Könlümə də yağır vüsal yağışı, sevən ürəyimi yıxıb gedirəm. Sizi sevirəm, ailəm. Getməyə məcburam, məni bağışlayın”.