SOS! - Virus aqressiv gedişlidir: “Bu, Britaniya ştammıdır”

"Mart ayı ərzində yoluxmaların sayı 200 nəfərdən 2200 nəfərə yüksəldi.Yəni bir ay ərzində yoluxmalar 10 dəfə artdı. Məncə, bu artım Biritaniya ştammı (B1.1.7) hesabına baş verir".
"Sherg.az" xəbər verir ki, bu sözləri həkim-infeksionist Vüqar Cavadzadə "facebook" hesabında paylaşıb. O, bildirib ki, əvvəlki aylarla müqayisədə xəstələr 2-3 günə ağırlaşır: "Temperatur qısa zamanda 40-41 dərəcəyə yüksəlir və aşağı salmaq çox çətin olur. Klinik əlamətlər daha kəskin davam edir. Fikrimcə, bu Britaniya ştammıdır. Çünki keçən illə müqayisədə xəstəlik daha aqressiv gedişlidir".



İnfeksionist sonda əlavə edib ki,gündəlik yoluxanlar arasında epidemik anamnez  toplamaq lazımdır:

" Yoluxanlar 14 gün ərzində harda olublar, hara gediblər, hərarəti olan xəstələrlə ünsiyyətdə olublarmı və s. 
Son 15 gündə yoluxan xəstələr arasında kiçik təhlil apardım.Nəticədə , yaşlı insanların daha çox yas yerlərində kütləvi yoluxduğunu müşahidə etdim.

Maraqlısı da odur ki, yaşlı insanlar koronavirusdan dünyasın dəyişən insanın yasına gedirlər. Cavan insanlar daha aktiv həyat tərzi keçirdiyinə görə  avtobuslarda, kafe və restoranlarda daha çox yoluxurlar. 

Epidemik cəhətcə deyilənləri təhlil edib, yoluxmalar daha çox baş verən yerlərdə əks-epidemik tədbirlər gücləndirilsə yaxşı olar".