Qadın polisin barmağını dişlədi

Trabzondan İstanbul istiqamətində uçan təyyarədə maraqlı anlar yaşanıb. "Sherg.az" xarici mediaya istinadən bildirir ki, qadın sərnişinlərdən biri qaydalara əməl etməyərək telefonla danışanda digərləri buna etiraz ediblər.

Lakin telefonunu söndürməyən qadınla ona xəbərdarlıq edənlər arasında mübahisə yaranıb. Daha sonra işə qarışan aeroport polisləri əcnəbi vətəndaşlığa malik Saida S.nı nəzarətə götürmək istəyiblər. Bu zaman qadın ona yaxınlaşan polisin barmağını dişləyib.

 Həmin sərnişin haqqında “Polisə müqavimət” maddəsi ilə protokol tərtib edilib. Təyyarə isə bir saat gecikmə ilə mənzil başına çatıb.