Rövşanə ilə Xatunun arasını İlhamə Quliyeva vurubmuş - Necə?

İllərdir, küsülü olan aparıcı Rövşanə Bektaşi və Müğənni Xatun Əliyeva barışıb. Rövşanə bu barədə “MTV-Azərbaycan”a danışıb.
“Sherg.az”ın məlumatına görə o, küsməklərinin səbəbini də açıqlayıb:
“Təxminən 20 il öncə verlişdə Xatun qonağım idi. Rəhmətlik İlhamə Quliyeva efirə zənglə bağlandı və Xatun haqqında nə isə dedi. Canlı yayım olduğu üçün xalq artistinin sözünü kəsə bilmədim.
Onda Xatun da incidi ki, niyə İlhamə xanımı efirə bağlamısan. Telefon zənglərinə redaktor baxır. Mən də İlhamə xanım olduğu üçün bir söz demədim. Nə bilərdim ki, o nə isə söyləyəcək.
Amma uzun müddət öncə barışdıq. Allah onun qardaşına rəhmət eləsin. Pandemiya ilə əlaqədar məclislərdə iştirak edə bilmirik. Burdan Xatuna baş sağlığı verirəm”.