Ərzaq balansının tərtibi mexanizmi hazırlanır

Azərbaycan bu işi də müvəffəqiyyətlə yerinə yetirəcək

Nazirlər Kabineti "Ərzaq balansının tərtibi mexanizminin təkmilləşdirilməsi ilə bağlı Tədbirlər Planı"nı təsdiq edib.


Plana əsasən, 2021-ci il ərzində Dövlət Statistika Komitəsi, İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Dövlət Gömrük Komitəsinə mütərəqqi beynəlxalq təcrübə nəzərə alınmaqla ərzaq balansının hesabat ili üzrə göstəricilərinin hesablanması metodologiyasının təkmilləşdirilməsi tapşırılıb.

Bununla bağlı "Şərq"ə açıqlama verən iqtisadçı-ekspert Fuad İbrahimov qeyd edib ki, Azərbaycan yeni çağın bütün tələblərinə cavab verən dövlətdir, ona görə də bu işi də müvəffəqiyyətlə yerinə yetirəcək:

"Ərzaq balansının tərtibi mexanizminin təkmilləşdirilməsi prosesi dünya metodologiyasına uyğun aparılmalıdır.  Ölkəmiz istənilən səviyyədə müasir dövrün bütün tələblərinə cavab verən dövlət olduğu üçün həmin qəbildən olan bütün prosesləri, həmçinin, ərzaq, qida təhlükəsizliyi və digər müvafiq tədbirləri, o cümlədən, bu prosesi də həyata keçirir.  Hesab edirəm ki, bu həm də qaydalara uyğun və müasir dövrün tələblərinə cavab verən tədbirlər planıdır".