Əlləri ilə arvadını boğdu

“Məndən sonra heç kimə ərə getməyəcəksən!”


Həyat yoldaşını boğdu, meyitin başında 3 saat gözlədi.  O öldükdən sonra həyat yoldaşı bir başqası ilə ailə qurmasın deyə, onu əlləriylə boğan kişi bunun izahını ağır xəstəliyə yaxalanmasıyla izah edib.  Hadisə Türkiyənin İzmir şəhəri, Çigil Balatcıq məhəlləsindəki binalardan birində baş verib. Çətir təmirçisi Sərkan Önal 32 yaşlı həyat yoldaşı Ceyda Önalı əlləriylə boğub.

Gözaltına alınan Sərkan Önal cinayəti etiraf edib. Və deyib ki, ölümcül xəstəliyə yaxalanmaqdan və ölərsə həyat yoldaşının başqa biriylə evlənə biləcəyindən qorxduğu üçün onu öldürüb. Qızları Ceyda Önaldan xəbər ala bilməyən ailəsi axşam 20:00 radələrində onun yaşadığı mənzilə gəlib.

Qapını kimsə açmadığından  çilingər çağırıblar və o, qapını açıb. İçəri daxil olan ailə üzvləri qızlarını yataq otağında ölü halda görüblər. Sərkan Önal isə bu vaxt əlində bıçaq divanda əyləşmiş vəziyyətdə olub.

Polisə xəbər verilib və hadisə yerinə təcili yardım və polis əməkdaşları gəlib. Polisə ifadəsində Sərkan Önal təxminən saat 17:00 radələrində həyat yoldaşıyla mübahisə etdiklərini və mübahisə zəminində 2 övladının anası olan Ceydanı əlləriylə boğub öldürdüyünü, sonra da 3 saat meyitin yanında oturub gözlədiyini deyib.  Sərkan yaxınlarına deyibmiş ki, ölümcül bir xəstəliyə  yaxalanmaqdan qorxur. Həyat yoldaşı isə o öldükdən sonra başqasına ərə getməsin deyə, onu öldürüb.