Rusiya elan etdi: “Savaş başlasa, yox ediləcək” - Ukraynaya işarə !

Rusiya Hərbi Hava Qüvvələrinə aid bombardmançı təyyarələri Qara dəniz, Baltik dənizi, Quzey Atlantik və Quzey dənizində eyni anda havaya qalxdığında aralarında Türkiyənin də olduğu 7 ölkə qırıcıları da “təcili” koduyla havaya qalxıb. Rusiya Müdafiə Nazirliyinə yaxınlığı ilə tanınan internet səhifələrindən biri  Qara dənizdə gerçəkləşən NATO təlimləri sırasında bur türk gəmisinin Krım sahillərinə yaxınlaşdığını, bunun üzərinə isə rus donanmasının və raketdən müdafiə sistemlərinin dövrəyə girdiyini iddia etdi. Rusiya Xarici işlər naziri Sergey Lavrov isə bir ölkəni açıq-açıq təhdid edərək  Rusiya Prezidenti Putinin sözlərini xatırlatdı.  


“Miliyyet.com” internet səhifədəki məlumatda  “Co Bayden ABŞ-da prezident kürsüsünə əyləşdiyi bu qısa müddət ərzində NATO ilə Rusiya arasında gərginlik pik həddə çatıb və 6 saat ərzində 4 ayrı nöqtədə müharibənin kandarından geri dönülüb”  xatırlatmasına diqqət çəkir. Rus mediası yazır ki, Qara dənizdə - Krıma yaxınlıqda  görünən türk gəmisi rus ordusunu ayağa qaldırıb. Moskvadan bu gün gələn açıqlamada isə yeni bir müharibə başlayacağ təqdirdə yox ediləcək ölkənin adı çəkilir. Xəbərə görə, türk gəmisinin Krıma yaxınlaşması Rusiyaya  meydan oxumaqdır. “Avia.pro” Qara dənizdə 6 ədəd rus dənizaltısının göründüyünü bildirib. NATO təlimləri çərçivəsində Türkiyə tərəfindən təlimlərdə iştirak edən və Krıma yaxınlaşan “Kemal rəis” gəmisidir. Məlumdur ki, ABŞ və AB Krımı rus torpağı olaraq tanımağ rədd edir. 

Kremldən verilən açıqlamada Ukrayna sərhəddindəki rus ordusu hərəkətliliyinin yalnız müdafiə xarakterli olduğu və kimsəni təhdid etmədiyi bildirilib.  Ancaq Sergey Lavrovun açıqlamasıyla  Moskva gerçək üzünü göstərdi. Dünya xəbər agentlikləri Lavrovun  təhdidini açıq şəkildə duyurub. “TASS” Agentliyi “Lavrov, Donbasda yeni bir savaş başlatmağa cəhdlər Ukraynanı yox edə biləcəyini düşünür” başlığı altında xəbər paylaşıb. Sergey Lavrov,  “Rusiya lideri Vladimir Putinin qısa müddət əvvəl söylədikləri bu gün üçün də keçərli; Donbasda bir saldırıyla müharibəyə cəhd etmək Ukraynanı yox edəcək”, ifadəsini dilə gətirib. ABŞ xarici siyasət idarəsindən gələn açıqlamada isə “nazir Blinken, Rusiyanın Donbas və Krımda davam edən təcavüzü qarşılığında Ukraynanın müstəqilliyinə və ərazi bütövlüyünə sarsılmaz bağlılığını yenidən bildirir” sözləri yer almaqdadı.