“Azərsu” əməkdaşı niyə intihar edib? – Cavab: “İşi ilə əlaqədar...” - ÖZƏL

Bu gün “Azərsu” ASC-nin əməkdaşı, 1987-ci il təvəllüdlü Elxan Quliyev çalışdığı iş yerində - Səbail rayonu ərazisində yerləşən Su Kanal İdarəsində intihar edib.Faktla bağlı Səbail Rayon Prokurorluğunda araşdırma aparılır.

Qurumun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı “Sherg.az”a məlum olayın səbəbləri barədə bunları söyləyib:

“E.Quliyev əməkdaşımızdır. Səbail su kanalı idarəsində nasos qurğularının maşinsti  vəzifəsində işləyirdi. İki azyaşlı uşağı var. İntiharın səbəbi ilə bağlı bir söz deyə bilmərəm. Hər şey istintaq araşdırması nəticəsində məlum olacaq. Lakin onun işi ilə əlaqədar hansısa bir problemi olmayıb”.