Bunu da gördük: Şeytan ayaqqabısı” istehsal edildi - Foto

ABŞ-ın Los-Anceles şəhərində “Şeytan ayaqqabısı” istehsal edilir. Bu barədə Türkiyənin Beyaz TV-də yayımlanan “Nə var, nə yox” proqramında danışılıb. Proqrama qonaq olan Abdullah Çiftci bu ayqqabıların qorxunc mesajlar daşıdığına toxunaraq bildirib ki, ayaqqabının daban hissəsindəki qırmızı mürəkkəbin daxilində bir damla insan qanı yerləşdirilib. Ayaqqabının üzərində tərs xaç svastikası və pentaqram işarəsi görünür. Ayaqqabının patent nömrəsi də şeytan rəqəmidir – 666. Bunlar İblisin rəmzləridir. 
Belə bir ayaqqabı istehsal etmək “ideyası” amerikalı repçi Lil Nas X-ə məxsusdur. Repçi MSCHF firması ilə ayqqabıların istehsalına başlayıb. Repçi bi iş üçün “Nike” firmasının “Air 97” moldellin ayaqqabılarını yeniləyib. Lakin ayaqqabının dabanındakı hava bölümünə insan qanı yerləşdirilməsi sərt təpkilərlə qarşılaşıb. Ayaqqabının istehsal olunan sayı da iblisanədir – yalnız 666 ədəd.  Heyrətli burasıdır ki, iblisin ingilizcə adının verildiyi (“Satan”)  ayaqqabılarının qiyməti 1018 dolardır. Ayaqqabılar internet üzərindən satışa çıxarılıb və 1 dəqiqə ərzində hamısı satılıb. Repçi 60 saniyədə 677 min 988 dollar qazanıb.  Daha sonra bu ayqqabılardan yenə istehsal etməyə cəhd göstərən firmaya qarşı isə repçi məhkəmə davası açıb.