Afət niyə intihar etmək istəyib? “Qudamız anamı və qardaşımı...”

Müğənni Afət Fərmanqızı ARB Tv-nin “Onun sirri” verlişində qonaq olub. O həyatı ilə bağlı açıqlamalar verib.
“Sherg.az”ın məlumatına görə A.Fərmanqızı bir vaxt intihar etmək istədiyini də söyləyib:
“Durdum saatlarla dənizə baxdım, baxdım... ki, özümü atım. Anamın qapısına elçi getdiyi, qızını oğluna aldığı qudası onu aldadaraq var-dövlətini əlindən aldı. Qardaşımı da özləri ilə apardılar”.
Qeyd edək ki, proqram Aprelin 3-də yayımlanacaq. Bunlar bölümün  fraqmentdə paylaşılan hissəsindəndir.