Həkimlər şokda: Hamilə olduğunu düşündülər, amma 8 kiloluq...

Türkiyənin Kahramanmaraşdakı Müvəqqəti Yaşayış Mərkəzində yaşayan 59 yaşlı suriyalı qadın hamilə olduğunu düşünərək özəl xəstəxanaya müraciət edib. Xəstəxanada yumurtalıq xərçəngi diaqnozu ilə kimyəvi terapiya alan Sena Ammari daha sonra Kahramanmaraş Tibb Fakültəsi Xəstəxanasına gedib.
“Sherg.az” “haberler.com”a istinadən bildirir ki, mədəsində ağır kütlə təsbit edilən S.Ammari müayinələrdən sonra uğurlu əməliyyatla həyata qayıdıb.

Təxminən 8 kilo ağırlığında olan kütlə əməliyyatla çıxarılıb və lazımi testlər üçün patologiyaya göndərilib.

Xəstəxananın qadın xəstəlikləri bölməsinin professoru və ginekoloq Kadir Güzin bildirir:

“Xəstə mərkəzimizə gələndə qarın boşluğunda təxminən 6-7 aylıq hamiləlik ölçüsündə gərgin bir kütlə var idi. Lazımi müayinələrdən, ultrasəs və görüntüləmə qiymətləndirmələrindən sonra bu şişin geri çəkilmədiyini və bütün qarın bölgəsinə yayıldığını gördük. Qabaqcıl bir texnika ilə kütləni çıxardıq. Artıq xəstəmizin vəziyyəti olduqca yaxşıdır”.

Riskli əməliyyatla pulsuz sağalan suriyalı qadın türk xalqına, dövlətinə və həkimlərinə təşəkkür edib.